Paytaxtın Nərimanov rayonu, Ə.Əliyev küçəsində qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb. Bu haqda bu gün, 14 dekabr tarixində Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Obyektdə heyvanların kəsimi baytarlıq nəzarəti olmadan həyata keçirildiyi məlum olub. Eləcə də, qida təhlükəsizliyinin qaydalarına riayət olunmadığı müəyyənləşib.
Müəssisədə dəmir konstruksiyalar sökülüb və rəhbərlər ilə profilaktik söhbətlər aparılıb.