Paytaxtın Nərimanov rayonunda yerləşən qarajda yanğın baş verib. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 20 kv.m olan qaraj 5 kv.m sahədə alışıb. Tikilinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.