Bakının Nərimanov rayonunda 27 avqust tarixində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 29 avqust tarixində Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Rayonun Ə.Ağaoğlu küçəsində “Shacman” markalı avtomobili idarə edən Beyləqan rayon sakini E.Abbasov yolu keçən Bakı şəhər sakini Zahir Süleymanovu vurub. Hadisə nəticəsində piyada yerindəcə keçinib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.