Bakının Nərimanov rayonu ərazisində evlərin birindən tapança aşkar olunub. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Verilən məlumata əsasən, ünvana cəlb olunan polis əməkdaşları bağlamada 2 ədəd avtomat silahı, 1 ədəd “Mauzer” markalı tapança, 97 ədəd patron və 2 ədəd patron darağı aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.