Bu gün, 4 oktyabr tarixində Bakı şəhəri üzrə 5 saylı Tibbi-Sosial Ekspert Komissiyasında (TSEK) oğurluq hadisəsi baş verib. Bu haqda Report məlumat verib.
Hadisə Nərimanov rayonundakı TSEK-nın binasında baş verib. Naməlum şəxs və ya şəxslər tərəfindən müəssisəyə məxsus olan bir neçə kompüter və printer oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.
Qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin səlahiyyətindədir.