Paytaxtın Nərimanov rayonu, Səməd Vurğun və Həsən Əliyev küçələrinin kəsişməsində 2 avtomobil toqquşub. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Volkswagen” markalı nəqliyyat vasitəsi işıqforun qırmızı işığından keçərək yolayrıcına daxil olub və kəsişmədə olan “Prius” markalı avtomobillə toqquşub. Nəticədə sonuncu idarəetmədən çıxaraq öncə köşkə, daha sonra yol nişanına çarpılıb.
Hər 2 sürücü müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı araşdırmalar davam edir.
[URIS id=83300]