Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində mağazadan oğurluq edilib. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Obyektin keçmiş işçisi Mahmud Qarayev mağazadan 60.000 manatlıq elektrik məhsullarını oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.