Bakının Nərimanov rayonunda yerləşən bir neçə obyektdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 5 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Adıçəkilən ərazidə yerləşən evdən və oyun zalından ümumilikdə 2 ədəd kondisioner və məişət əşyaları, restorandan isə 2 ədəd kondisioner mühərriki oğurlanıb.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini R.Kərimli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.