Bakının Nərimanov rayonunda iki avtomobildən akkumulyatorlar oğurlanıb. Bu haqda bu gün, 13 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş K.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.