Bakının Nərimanov rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birinin sanitar qovşağında oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 14 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata əsasən, iki qadının mobil telefonu oğurlanıb. Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini olan bir qadın saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.