Bakıda qəza törədərək qaçan moped sürücüsü saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə əsasən, bu gün, 17 fevral tarixində xəbər verir.
Fevralın 10-da Nərimanov rayonu, A.Nemətulla küçəsində Bakı şəhər sakini T.Kazakın xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınmış moped sürücüsü, paytaxt sakini R.Əsgərov müəyyən edilərək polis tərəfindən saxlanılıb.
Araşdırma aparılır.