Bakının Nərimanov rayonunda yanğın baş verib. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə nəticəsində köşkün taxta üzlüyü, içərisinə yığılan 15 ədəd pəncərə çərçivəsinin 7 ədədi və əşyalar yanıb. Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb. Xəsarət alan olmayıb.