Bakının Nərimanov rayonunda avtomobil alışıb. Bu haqda bu gün, 28 aprel tarixində Baku.ws məlumat verib.
Hadisə Əhməd Rəcəbli küçəsində baş verib. “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi alışıb. Ətrafdakılar dərhal yanğına müdaxilə ediblər. Xəsarət alan yoxdur.