Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 27 mart tarixində Report məlumat verib.
Motosikleti idarə edən 32 yaşlı Cahid Tağıyev avtomobillə toqquşub. Nəticədə o, müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.