Bakının Nərimanov rayonunun Zaur Nudirəliyev küçəsində xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 15 fevral tarixində APA məlumat verib.
30 yaşlı Rəhim Qasımov motosikleti idarə edərkən “Nissan” markalı minik avtomobili onu vurub. Nəticədə Qasımov xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.