Bakıda avtomobil sürücüsü şoseni zibilxanaya döndərib. Bu haqda 6 may tarixində Bakupost.az məlumat verib.
Nərimanov rayonunda markasının müəyyən edilməsi çətin olan yük avtomobili sürücülərə maneə yaradıb. Ziya Bünyadov prospekti ilə hərəkət edən 19-ZA-082 nömrə nişanlı avtomobilin yük yerinə doldurulmuş müxtəlif tullantılar yola və avtomobillərin üzərinə düşüb.
Sürücü həm avtomobillərə təhlükə yaradıb, həm də ətrafı zibilləyib.