Paytaxtın Nəsimi rayonu, Azadlıq prospektində küçədə bıçaq xəsarətləri almış gənc aşkarlanıb. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Məhəmməd adlı şəxs metropolitenin “28 May” stansiyası yaxınlığında ürək və bədəninin müxtəlif yerlərindən ümumilikdə 9 bıçaq zərbəsi alıb.
O, yoldan keçən sürücü tərəfindən 1 nömrəli xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Təfərrüatlar araşdırılır.