Bakının Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Ümumi sahəsi 70 kv.m olan üçotaqlı mənzilin eyvanında baş vermiş yanğının genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən alov qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində mənzilin eyvanının plastikdən ibarət qapı və pəncərəsi və eyvana yerləşdirilmiş paltaryuyan maşın yanıb.