Paytaxtın Nəsimi rayonunda yerləşən restoranda yanğın baş verib. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Beşmərtəbəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 180 kv.m olan obyektin mətbəxində fritür aparatı alışıb. Müəssisənin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.