Paytaxtın Nəsimi rayonunda piyadanın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
31 yaşlı İlham Kərimov avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə o, diz qapağının sınığı ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.