Bakının Nəsimi rayonu, Füzuli küçəsində yol qəzası baş verib. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az xəbər verir.
Hadisə Heydər Əliyev Sarayının qarşısında qeydə alınıb. “Chevrolet” markalı avtomobil idarəetmədən çıxaraq piyada səkisinə çıxıb. Qəza nəticəsində nəqliyyat vasitəsinin təkərinə ziyan dəyib, əraziyə alışan maddə axıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) və polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdıma aparılır.
[caption id="attachment_123391" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]