Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) isitnadən xəbər verir.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Sadiq Seyfullayev saxlanılıb.
O, “VAZ-2107” markalı avtomobildən maqnitofon və səsgücləndiricilər, həmçinin mağazaların birindən 500 manat dəyərində oğurluq etməkdə şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.