Bakının Nəsimi rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Kənan Həsənov saxlanılıb.
O, “Changan” markalı avtomobildən içərisində 1500 manat, bank kartı və sənədlər olan pulqabının oğurlamasında şübhəli bilinir.
Hazırda araşdırmalar aparılır.