Bakıda oğru saxlanılıb. Bu haqda 29 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Nəsimi rayonu ərazisində yerləşən “Azərlotereya” məntəqəsindən 600 manat dəyərində lotereya biletləri oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Abbaszadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.