Bakının Nəsimi rayonunda dava bıçaqlanma ilə yekunlaşıb. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə metronun “20 Yanvar” stansiyası yaxınlığında qeydə alınıb. Şamxal Abdullayev tanımadığı şəxslə əlbəyaxa olub. Nəticədə o bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.