Bakının Nəsimi rayonunda yanvarın 12-də mənzillərin birindən oğurluq edilib. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, mənzildən 23.000 manat pul götürülüb. Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Qəhrəmanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.