Bakının Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti avtomobilinin iştirakı ilə yol qəzası olub. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
“Kia” markalı minik avtomobili əks-istiqamətdə hərəkətdə olan zaman sürücü qəfildən sükana nəzarəti itirib və nəqliyyat vasitəsi FHN-in maşınına çarpılıb.
Hadisə nəticəsində “Kia”da olan iki nəfər xəsarət alıb. Hər iki avtomobilə ciddi maddi ziyan dəyib. Qəza yerinə yol polisi və 2 təcili yardım briqadası cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
[caption id="attachment_126784" align="alignnone" width="640"]
Foto APA[/caption]