Paytaxtın Nəsimi rayonunda piyadanın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
29 yaşlı Əhmədağa Şıxəlizadə yolu keçən zaman onu avtomobil vurub. Piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.