Nəsimi rayonunda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, fevralın 17-də vətəndaşlardan birinin itirdiyi bank kartından 100 manat dəyərində alış-veriş edilib.
Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Telman Hüseynov və Elməddin Eyubov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.