Paytaxtın Nəsimi rayonunda əl qumbarası tapılıb. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Baxış zamanı ərazidən 1 ədəd “F-1” əl qumbarası, 3 ədəd qumbara partladıcısı və 45 ədəd 7.62mm kiçik çaplı silah mərmisi aşkarlanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Sursat sahədən kənarlaşdırılıb.
[caption id="attachment_52942" align="alignnone" width="800"]
Foto Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı[/caption]