Bakının Nəsimi rayonunda mənzildən meyit tapılıb. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
FHN-ə daxil olan məlumata görə, mənzillərin birində bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə xilasedicilər cəlb olunublar.
Aparılan tədbirlər nəticəsində bir nəfərin meyiti aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.