Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, mağazaların birindən 440 manat dəyərində geyim əşyaları oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Murad İsmayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.