Bakının Nəsimi rayonunda mağazadan oğurluq edilib. Bu haqda bu gün, 19 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Novruz Bağırov saxlanılıb.
O, müxtəlif vaxtlarda 2 mağazadan ümumilikdə 2900 manat pul oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.