Paytaxtın Nəsimi rayonunda moped oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Maksimov həmyerlisi N.Namazovun mopedini oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.