Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 9 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, mobil operatorlarından birinin stansiyasından 8 şəbəkə qidalandırıcı akkumulyator, həmçinin kondisioner və optik naqillər oğurlanıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində, əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli məhkum olan Alik Rəhimov və Roman Babayev saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.