Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, martın 31-də vətəndaşlardan biri bank kartını itirib və həmin kartdan 1400 manat dəyərində alış-veriş olunub.
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ramil Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.