Bakının Nəsimi rayonunda mağazaların birində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, mağazadan terminal aparatı və 3000 manat dəyərində mobil telefon oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuş Ə.Salmanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.