Bakının Nəsimi rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 24 fevral tarixində Bakuplus.az xəbər verir.
Hadisə AIeksandr Puşkin və Nizami Gəncəvi küçələrinin kəsişməsində qeydə alınıb. “Toyota Prius” markalı avtomobil “Jeep” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Hər iki avtomobilə maddi ziyan dəyib. Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.