Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Rayon ərazisində evlərin birindən 350 manat pul və 3 mobil telefon oğurlanıb.
Polis əməkdaşları keçirdikləri tədbir nəticəsində oğurluqda şübhəli bilinən qadın saxlanılıb.
Hazırda araşdırma aparılır.