Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib. Bu haqda bu gün, 14 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, vətəndaşlardan birinin içərisində pulu, bank kartları, sənədi və mobil telefonu olan pulqabısı quldurluq yolu ilə talanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Elxan Əliyev və Misir Həmidov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.