Bakının Nəsimi rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 16 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Səftər Həsənov saxlanılıb.
O, aprelin 4-də paytaxt sakininin bank kartından 340 manatını oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.