Bakının Nəsimi rayonunda silah satışı ilə məşğul olan şəxs saxlanılıb. Bu haqda bu gün, 19 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 51 yaşlı Kamran Abuzərov saxlanılıb.
Ondan “Makarov” markalı tapança, patron darağı və 8 ədəd patron götürülüb. K.Abuzərov silahı satmaq məqsədilə əldə etdiyini bildirib.
Son günlər ərzində rayon ərazisində keçirilən əməliyyatlar zamanı vətəndaşlardan ümumilikdə 2 “Kalaşnikov” avtomatı, 5 “Makarov” konstruksiyalı tapança, 60 ədəd patron, 7 patron darağı götürülüb.