Bakının Nəsimi rayonunda uşağın barmağında sıxılıb qalmış halqa çıxarılıb. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Yeniyetmənin taxdığı halqa barmağında sıxılaraq qalıb. Məsələ ilə bağlı yaxınları Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə müraciət ediblər.
Xilasetmə tədbirləri nəticəsində halqanın müvafiq qaydada çıxarılması təmin edilib.