Nəsimi rayonunda vətəndaşlara hədə-qorxu gəlməkdə və soyğunçuluqda təqsirləndirilən şəxsə hökm oxunub. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun qərarına əsasən, Elgün Ocaqverdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
2022 ilin noyabr ayında Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Ocaqverdiyev saxlanılaraq, həmin polis şöbəsinə gətirilib. Baxış zamanı onun üzərindən F-1 tipli ǝl qumbarası aşkar edilərək götürülüb.
Ona qarşı Cinayət Məcəlləsinin bir neçə maddələri ilə ittiham irəli sürülüb.