Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş İslam Babayev saxlanılıb.
O, bir nəfərə məxsus 1400 manat dəyərində velosipedi oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.