Bakının Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma binanın 6-cı mərtəbəsinin pilləkən qəfəsində qeydə alınıb. Yanğın zamanı qaz sayğacı və məişət tullantıları yanıb. Nəticədə 10 nəfər təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənərək təcilib tibbi yardım briqadasına təhvil verilib.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.