Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 24 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 41 kv.m olan 3 otaqlı mənzilin mətbəxində mebel və soyuducu yanıb. Əlavə olaraq yüksək temperaturdan mətbəxin tavanı və dəhlizin divarları qarsalanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.