Bakının Nəsimi rayonunda silah aşkar edilib. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Keçirilən əməliyyət nəticəsində qanunsuz olaraq odlu silah-sursat gəzdirən 56 yaşlı Kürdəmir rayon sakini Pünhan İmanov saxlanılıb. Onun üzərindən “Makarov” markalı tapança, patron darağı və 7 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.