Paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti, 18 ünvanında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Yaşayış binasında qeydə alınan yanğın girişdəki məişət tullantıları konteynerindən başlayıb. Daha sonra alov elektrik kabellərinə keçib və su borularını partladıb. Nəticədə həyətə giriş məhdudlaşıb. Binaya elektrik, qaz və suyun verilişi dayandırılıb.
Mənzillərə və ətraf infrastruktura ziyan dəyməyib. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
[URIS id=82722]