Bakıda bir gecədə iki müxtəlif yerdə eyni markalı avtomobillər yanıb. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Nəsimi rayonunda “Toyota” markalı avtomobilin mühərrik hissəsi yanıb, Nizami rayonunda isə nəqliyyat vasitəsi tamamilə kül olub.
Ətraf infrastrukturlara ziyan dəyməyib. Hər iki yanğın söndürülüb.